"Neftçi" ilə oyundan sonra baş verən QALMAQALA GÖRƏ…

15 Mart 2023 01:10 Şamaxı 396
"Neftçi" ilə oyundan sonra baş verən QALMAQALA GÖRƏ…

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XXVII turunda baş tutan "Şamaxı" - "Neftçi" matçının ardından baş verənlərlə bağlı birincilər bəyanat yayıb.

Ooyundan sonra polis əməkdaşları ilə media nümayəndələri arasında baş verən anlaşılmazlıqla bağlı klubun bəyanatında məsələnin araşdırılmasına başlanıldığı bildirilib.

Premyer Liqanın XXVII turunda baş tutan "Şamaxı" - "Neftçi" matçının ardından öz peşə fəaliyyətlərini yerinə yetirən kütləvi informasiya vasitələrinin nümayəndələri ilə stadionda təhlükəsizliyi təmin edən polis əməkdaşları arasında anlaşılmazlıq yaranması barədə mətbuatda məlumatlar dərc olunub. Klub olaraq belə məzmunlu məlumatların yayılmasından təəssüf hissi keçirir,

Şamaxıda baş tutan oyunlarda media mənsublarının öz fəaliyyətlərini daha rahat yerinə yetirməsi üçün hər zaman ən yüksək şəraitin yaradılması üçün çalışırıq.
Ətraflı

Eyni zamanda, stadionda oyunun təhlükəsizliyinə cavabdeh olan polis əməkdaşlarının öz xidmətlərini daim yüksək səviyyədə keçirdiyinin də şahidiyik.

Klub olaraq bir daha belə bir məlumatın yayılmasından təəssüflənirik.

Bir daha bildiririk ki, rəsmi oyunlarının keçirilməsi ilə bağlı yaranan istənilən vəziyyətə qaydalar çərçivəsində baxılması və bütün iştirakçıların qanuni maraq və mənafelərinin nəzərə alınması şərtilə, yerində həll edilməsi üçün bütün lazımi şəraitin yaradılmasına çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!