"Qarabağ"a məğlubiyyətə görə mükafat – VERİLMƏLİDİR!

1 Fevral 2023 10:40 Şamaxı 1 721
"Qarabağ"a məğlubiyyətə görə mükafat – VERİLMƏLİDİR!

Bu, bir daha təsdiq olundu ki, «Şamaxı» bütün rəqiblərə qarşı eyni cür oynayır, «Qarabağ»la başqa cür.

Cavid Hüseynov bu dəfə də riskə getmədi, müdafiəni düşündü.

Hesabın böyük olmasından ehtiyatlandı, düz də etdi. Oyunu ortadan qursaydılar, hesab ikirəqəmli həddə çatacaqdı.

Ev sahiblərini qapıçı meydançasının həndəvərində qarşılayan qonaqlar, bununla belə, xeyli boşluq verdilər. Sürətdə, topla rəftarda və ara ötürmələrində «Qarabağ»a uduzdular,

Hesab gözləniləndən xeyli gec açıldı, bunu da Tanrının «Şamaxı»ya mərhəməti hesab etmək olar. Bahadur Həziyevin vurduğu qol, məncə «Şamaxı»dan ötrü qələbəyə bərabərdir.

Təkdənbir alınan həmlələrin birində fərqləndilər və bu, onlardan ötrü əla mükafatdır.

Bir mükafatı da rəhbərlikdən ala bilsələr, «Qarabağ»a 1:3 hesablı məğlubiyyətin əslində məğlubiyyət olmadığını daha dərindən hiss edər, müəyyən qədər ruhlanarlar.

Öz aramızdır, «Şamaxı»nın potenasialını bəllidir də, zəifdirlər. O hara, «Qarabağ»la qarşılaşmanı bu hesabla bitirmək hara!

Bizim Premyer Liqa Primero, Liqa 1, Bundesliqa və ya İngiltərə Premyer Liqa deyil ki, aşağı diviziona düşməyə potensial namizəd çempionatın liderinə səfərdə badalaq vura bilsin.

Futbolumuz bu tip sürprizlərin üzünə bağlıdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti