Şamaxıda gərgin anlar: Hakimin qərarı yerli “cəbhə”ni ayağa qaldırdı - VİDEO

26 Yanvar 2023 22:20 Şamaxı 565
Şamaxıda gərgin anlar: Hakimin qərarı yerli “cəbhə”ni ayağa qaldırdı - VİDEO

“Şamaxı” Premyer Liqanın 19-cu turu çərçivəsində doğma meydanda “Səbail”i qəbul edib - 2:1.

Oyunun gedişində gərgin anlar yaşanıb.

Hadisə fasilə ərəfəsində baş verib. Belə ki, meydan sahibləri ilk hissənin sonlarında cərimə zərbəsi qazanıb.

Qonaqların forvardı Kizito Luvaqo aşkar şəkildə qayda pozuntusunun yerinə yetirilməsinə mane olub.

“Şamaxı”lı futbolçuların haqqlı etirazından sonra baş hakim əcnəbi forvarda sarı vərəqə göstərmək əvəzinə, ilk hissənin başa çatdığını bildirən fiti çalıb.

Bundan sonra meydan sahiblərinin azarkeşləri və futbolçular baş hakim Cavid Cəlilova sərt etirazların bildiriblər.

Komandanın məşqçisi Cavid Hüseynov isə əvvəl etiraz, ardınca isə fit sahibinə əl çalmaqla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”