Cavid Hüseynovun qardaşı “Şamaxı”da nə iş görür?

20 Yanvar 2023 23:00 Şamaxı 1 133
Cavid Hüseynovun qardaşı “Şamaxı”da nə iş görür?

Premyer Liqa klubunda qardaşın baş məşqçiyə kömək etdiyini bilirsinizmi?

Bəli, beləsi var.

Söhbət “Şamaxı”nın çalışdırıcısı Cavid Hüseynovdan və yaşca özündən böyük qardaşı Şərafəddin Hüseynovdan gedir.

Cavid bəy bölgə klubunda əsas söz sahibi olmağa başladığı gündən böyük Hüseynov ona yardım edir.

O, klubda analitik vəzifəsini yerinə yetirir. “Şamaxı”nın oyunlarını lentə alır, matçın gedişində boşluqlar barədə məşqçilər heyətinə vacib məlumatlar ötürür, rəqiblərin təhlilində yaxından iştirak edir.

Şərafəddin Hüseynov uzun illər Almaniyada yaşayıb və orada təhsil alıb. C kateqoriyası kurslarına qatılıb və müvafiq lisenziyaya sahib olub.

Maraq üçün bildirək ki, “Qarabağ”da da eyni hal yaşanır. Qurban Qurbanov baş məşqçidirsə, böyük qardaşı Musa Qurbanov seleksiya xidmətinə rəhbərlik edir.

“Səbail”də isə nisbətən oxşar durumdur. Kərin Diniyev baş məşqçi olan atası Şahin Diniyevin köməkçisidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti