"Çətin olacaq, amma öhdəsindən gəlməyə çalışacam"

19 Yanvar 2023 23:40 Şamaxı 466
"Çətin olacaq, amma öhdəsindən gəlməyə çalışacam"

"Şamaxı"nı Antalya toplanışı başa çatdı.

Mövsümün ikinci yarısına qardaş ölkədə hazırlaşan komanda təlim-məşq toplanışında 3 sınaq matçına çıxdı.

Təmsilçimiz ilk yoxlama oyununda Qazaxıstan "Kaysar"ı ilə bərabərə qaldı - 0:0

Rumıniyanın "Botaşani" klubu ilə görüş güclü yağış səbəbindən 69-cu dəqiqədə yarımçıq dayandırılıb.

Sonuncu yoxlama görüşü isə Serbiyanın "Napredak" klubuna məğlubiyyətlə (0:1) başa çatıb.

Bölgə klubu heç bir oyunda əsas lideri Elvin Məmmədovun xidmətindən istifadə edə bilmədi. Buna səbəb kapitanın zədəsinin hələ də sağalmamasıdır.

Bəs, son durum necədir? Toplanışdan kənarda qalan 34 yaşlı yarımmüdafiəçi ikinci dövrə komandasına kömək edə biləcəkmi?

Suallarımıza cavab olaraq Məmmədov bunları dedi:

"Bəli, zədəmə görə toplanışda iştirak edə bilmədim. Yalnız fərdi məşqlərlə kifayətləndim. Amma tədricən yaxşılaşıram. Şükür Allaha zədəm düzəlir. İnşallah, Bakıda komandaya tam qoşula biləcəyimi fikirləşirəm.

Düzdü, əvvəlki formamı bərpa etmək çətin olacaq, amma öhdəsindən gələcəm, inşallah".

Məmmədov 15-ci turun "Kəpəz"lə görüşündə ciddi zədə alıb. O, bu səbəndən ötən ilin son 3 turunu da buraxmalı olmuşdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti