"Şamaxı"da virusa yoluxanlar artır - FOTOREPORTAJ

15 Yanvar 2023 23:40 Şamaxı 652
"Şamaxı"da virusa yoluxanlar artır - FOTOREPORTAJ

«Şamaxı» Antalyada davam edən təlim-məşq toplanışının yeddinci gününü tək məşqlə başa vurub.

Axşam saatlarında start götürən hazırlıq təxminən saat yarım davam edib.

Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib. Daha sonra taktiki gedişləri yerinə yetirən komanda məşqi ikitərəfli oyunla yekunlaşdırıb.

Demək olmaz ki, hazırlıq prosesinin gedişi Cavid hüseynovun tam ürəyincədir. Düşərgədə xəstəliklə bağlı narahatlıq hökm sürür.

Oyunçulardan bir neçəsi virusa yoluxub. Hər ötən gün qripdən əziyyət çəkənlərin artması müşahidə olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"