"Tapşırıq vermişdik ki..."

12 Yanvar 2023 09:00 Şamaxı 384
"Tapşırıq vermişdik ki..."

"Şamaxı" Antalya toplanışı çərçivəsində yolxama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Qazaxıstandan "Kaysar" ilə 0:0 hesablı heç-heçə edib.

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli klubun mətbuat xidmətinə açıqlama verib:

"10 günlük fasilə oldu. Futbolçulara tapşırıq vermişdik ki, fasilədən sonra yükləmələr olacaq. Bakıda başladıq, istədiyimizi alındırdıq.

Sonra Türkiyəyə gəldik. Bu oyunda istədik ki, komandanı yoxlayaq. Qarşıda 1 həftə vaxt var.

Bundan sonra günə iki məşq planlaşdırırıq. Məşq üçün yaxşı şəraitimiz var. Bu imkanı yaratdıqları üçün rəhbərliyə təşəkkür edirəm.

Hər şey yüksək səviyyədədir. Yanvarın 18-də daha bir oyunumuz var. Çalışacağıq ki, çempionatın son turundakı "Səbail"ə qarşı olan oyunu bu matçda da göstərək".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu