Azərbaycan klubunun oyunu yarımçıq dayandırıldı - FOTOLAR

12 Yanvar 2023 00:30 Şamaxı 596
Azərbaycan klubunun oyunu yarımçıq dayandırıldı - FOTOLAR

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Şamaxı"nın Rumıniyadan "Botoşani" ilə yoxlama oyunu yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.

Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar.

Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.

Beləlik, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.

"Şamaxı" günün ilk matçında Qazaxıstan "Kaysar"ı ilə qolsuz heç-heçə edib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti