"Qarabağ"dan bölgə klubuna keçidi baş tutmayıb – SƏBƏB DƏ BUDUR

12 Yanvar 2023 21:00 Şamaxı 1 783
"Qarabağ"dan bölgə klubuna keçidi baş tutmayıb – SƏBƏB DƏ BUDUR

“Şamaxı” növbəti dəfə İsmayıl İbrahimli üçün “Qarabağ”a müraciət edib.

Təklif qış fasiləsinin ilk günlərində baş tutub. Bölgə klubu orta xətt oyunçusunu icarəyə götürmək istəyib.

Ancaq bu dəfə də onların istəyi həyata keçməyib.

Buna yeganə maneə oyunçunun yüksək maaş alması olub.

24 yaşlı futbolçu “Qarabağ”dan təxminən aya 10 min manat pul alır. “Şirlər” isə ən yaxşı halda bunun yarısını verməyə hazır olduğunu bildirib.

Belədə klublar arasındakı danışıqların dayandırılıb.

“Şamaxı” İsmayılla bağlı mövsümün əvvəli də “Qarabağ”a müraciət etmiş, amma bir naticə hasil olmamışdı.

İbrahimli 2018-ci ildən “Köhlən atlar”ın şərəfin qoruyur. Futbolçu bu mövsüm 15 oyunda meydana çıxıb və 1 asistlə yadda qalıb.

Onun ağdamlılarla müqaviləsi 2026-cı ilə kimidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti