“Şamaxı” və “Kaysar”: “0” - Antalyadan VİDEO+FOTOLAR

11 Yanvar 2023 18:10 Şamaxı 820
“Şamaxı” və “Kaysar”: “0” - Antalyadan VİDEO+FOTOLAR

Qış təlim-məşq toplanışı üçün Türkiyəyə ən gec yollanan Azərbaycan komandası “Şamaxı” ilk yoxlama görüşündə Qazaxıstan təmsilçisi “Kaysar”la heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi rəqibi ilə Antalyadakı “Miracle” hotelinin meydançasında qarşılaşıb.

Küləkli hava şəraitində baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0.

“Şamaxı” Antalyadakı ikinci yoxlama görüşünü də bu gün keçirəcək. Vüqar Əsgərlinin komandası Bakı vaxtı ilə saat 18:30-da start götürəcək matçda Rumıniya klubu “Botoşani”yə rəqib olacaq.

"Şamaxı": Sahib Həsənov, Zahid Mərdanov, Elçin Rəhimli, Kamal Mirzəyev, İbrahim Aslanlı, Qurban Səfərov, Emin Zamanov, Emin Zamanov, Əli Səmədov, Asim Əlizadə, Rövşən Şahmuradov, Amil Yunanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti