"Şamaxı"nın forvardı Antalyada "qan edir" - VİDEO

12 Yanvar 2023 23:40 Şamaxı 1 091
"Şamaxı"nın forvardı Antalyada "qan edir" - VİDEO

“Şamaxı”nın yeni mövsümün startında əsas qol ümidlərindən biri yox, elə birincisi Amil Yunanov idi.

Forvard da mövsümə pis başlamamışdı.

O, startdakı ilk dörd görüşdə aktivinə iki qol yazdırmağı bacarmışdı.

Amma 5-ci tur “Turan Tovuz”la doğma meydanda keçirilən matçın 6-cı dəqiqəsində aldığı zədə onun uzun müddət yaşıl meydanlardan kənarda qalmasına səbəb oldu.

Türkiyədə əməliyyat olunan hücumçu, nəhayət, qış təlim-məşq toplanışında tam gücü ilə məşqlərə qoşula bildi.

Lakin uzun müddət rəsmi oyunlardan, məşqlərdən kənarda qalmaq Yunanovu heç də zəiflətməyib.

Hər halda təcrübəli qolçunun Türkiyə toplanışının gedişində vurduğu qollar belə deməyə əsas verir.

Düzdü, məşqlə oyun eyni deyil. Amma onu da unutmaq olmaz ki, oyunlardakı performans məşqlərin bəhrəsidir. O, Premyer Liqanın ikinci yarısına da belə başlasa, rəqiblər indidən narahat ola bilər.

30 yaşlı sabiq milli üzvünün Antalya toplanışı çərçivəsində vurduğu baxımlı qolları sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti