Tanınmış şəxslərin oğulları “Şamaxı”da!

7 Yanvar 2023 21:00 Şamaxı 1 592
Tanınmış şəxslərin oğulları “Şamaxı”da!

Digərləri kimi, “Şamaxı” da qış hazırlığının əsas hissəsini Türkiyədə keçəcək.

Bölgə təmsilçisi yanvarın 7-dən 8-nə keçən gecə vətəni tərk edəcək.

Əsas heyət üzvlərindən Adil Nağıyevi itirən “şirlər” Premyer Liqanın ikinci yarısında futbol ictimaiyyətini təəccübləndirməkdə davam etmək üçün güclənmək niyyətindədir.

Cavid Hüseynovla Vüqar Əsgərlinin rəhbərlik etdiyi komandaya iki yeni futbolçu qoşulub. Maraqlısı hər ikisinin Gəncədən olmasıdır.

Biri “Kəpəz-2”nin baş məşqçisi Xaliq Mərdanovun oğlu Zahid Mərdanov, digəri klubda əlaqələndirici vəzifəsini daşıyan İlham Səmədovun oğlu Əli Səmədovdur.

Tərlan Əhmədovun baş məşqçi postuna gəlməsindən sonra Əli Səmədov heç bir səbəb göstərilmədən əvəzedici komandaya göndərilmişdi. Səbəbkar bu vəziyyətlə razı deyildi deyə, iş yerini dəyişmək məcburiyyətində qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti