Ciddi zədə alan millinin qapıçısı Antalya toplanışından kənarda qaldı

7 Yanvar 2023 17:00 Şamaxı 1 052
Ciddi zədə alan millinin qapıçısı Antalya toplanışından kənarda qaldı

"Şamaxı"nın qapıçısı Əkbər Vəliyev komandasının qış təlim-məşq toplanışını buraxmalı olacaq.

Gənc qolkiper zədə alıb.

Bu səbəbdən Türkiyə toplanışında iştirak etməsi mümkün olmayacaq.

21 yaşlı "çərçivə qoruyucusu"nun zədəsi ciddidir. O, vətəndə qalıb müalicəsi ilə məşğul olacaq.

Əkbər həm də gənclər millimizin əsas qapıçılarından sayılır.

İstedadlı qolkiper "Şamaxı"da da mövsümə əsas heyət üzvü kimi start vermişdi. Sadəcə, ikinci turun "Qəbələ" ilə səfər oyununda aldığı zədə səbəbindən yerini Rəşad Əzizliyə verməli olmuşdu.

O, bu mövsüm cəmi 3 oyunda bölgə komandasının qapısını qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti