"Yaxın günlərdə ödəniləcək" - Maaş probleminə REAKSİYA

6 Yanvar 2023 23:40 Şamaxı 525
"Yaxın günlərdə ödəniləcək" - Maaş probleminə REAKSİYA

"Şamaxı"da maliyyə çatışmazlığı yaranması barədə məlumat vermişdik.

Bu barədə komandanın bir neçə üzvü Sportinfo.az-a giley-güzar etmişdi.

Deyəsən, vəziyyət heç də futbolçular deyən kimi deyilmiş.

Hər halda mövzu ilə bağlı saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn maaşların yarımçıq ödənilməsi barədə şikayəti inkar edib.

Klub rəsmisini dinləyək: "Yazılan xəbərdən məlumatım var. Amma əmin olun ki, vəziyyət deyilən kimi deyil.

Nəinki futbolçulara, hətta klubun digər bütün işçilərinə də noyabr ayının maaşı 100% ödənib.

Yalnız dekabr ayı qalır. O da yaxın günlərdə ödəniləcək".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti