Başından problem əskik olmayan millinin eks hücumçusu “Şamaxı”nın düşərgəsində

5 Yanvar 2023 17:00 Şamaxı 1 210
Başından problem əskik olmayan millinin eks hücumçusu “Şamaxı”nın düşərgəsində

Tərlan Əhmədovun “Kəpəz”in əsas komandasından uzaqlaşdırdığı Rauf Əliyev bu gün “Şamaxı” rəhbərliyi ilə görüşüb.

Son 3 ayı Gəncə təmsilçisinin əvəzedici heyətində keçirən hücumçu mümkün transferlə bağlı danışıqlar aparıb.

I Divizionda 11 qol vuran forvardın əyalət təmsilçisi ilə 6 ay+1 illik müqavilə imzalaması gözlənilir.

Millinin sabiq üzvünün “Kəpəz”də aylıq məvacibi 5000 manatdır. O, yenidən Premyer Liqada oynamaq üçün güman ki, maddi şərtlərdə “Şamaxı”ya güzəştə gedəcək.

Hər halda komandanın çalışdırıcısı Cavid Hüseynovla şəxsi münasibətləri də yaxşıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti