«Şamaxı»da maliyyə çatışmazlığı yaranıb.
Bu barədə Sportinfo.az-a komandanın bir neçə futbolçusu məlumat verib.
Bildiriblər ki, son olaraq noyabr ayının əməkhaqqısını alıblar. Onu da tam deyil.
Oyunçulara maaşlarının 50 faizi ödənilib. Rəhbərlik problemin onlardan qaynaqlanmadığını deyib.
Belə ki, dövlət tərəfindən ayrılmış dotasiya bu dəfə klubun hesabına az köçürülüb. İddia olunub ki, bununla bağlı AFFA ilə intensiv danışıqlar aparılır və müəyyən sənədlərin yenidən hazırlanması üzərində iş gedir.

