"Şamaxı" Rauf Əliyevlə danışıqları yenidən bərpa edib.
Amma təcrübəli fütbolçu ilə ortaq məxrəcə gəlmək hələ də mümkün olmayıb.
Səbəb milli komandanın sabiq üzvünün yüksək maaş istəyidir. Daha dəqiqi, "Kəpəz"də aldığı maaşının eynisini yeni klubunda da qazanmaq həvəsi.
Lakin bu tələb "Şirlər"i razı salmır. Çünki forvardın Gəncə təmsilçisindən aldığı aylıq qazancaq kifayət qədər yüksəkdir - 5 min manat.
Yalnız 33 yaşlı forvard qiymət məsləsində güzəştə getsə, qışdan sonra onu Şamaxı təmsilçisində görə bilərik.
Qeyd edək ki, Rauf ötən ilin yayından "Kəpəz"də çıxış edir. Ancaq baş məqşçi Tərlan Əhmədovla arasında yaşanan qalmaqala görə oyunçu uzun müddətdir əvəzedici komandaya göndərilib.
XANOĞLAN / SPORTİNFO.AZ

