"Şamaxı" yenidən Bakıya niyə köçdü? - SƏBƏBLƏR

5 Yanvar 2023 21:00 Şamaxı 1 712
"Şamaxı" yenidən Bakıya niyə köçdü? - SƏBƏBLƏR

“Şamaxı” 10 günlük fasilədən sonra dünən bir araya gəldi.

Komanda 8 yanvar hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

Ona kimi isə bölgə klubu hazırlığını Bakıda yerləşən “ASK Arena”da keçəcək.

“Şirlər”in doğma rayonda yox, paytaxtda məşqləri bərpa etməsi təəccüblü oldu.

Lakin belə qərar verilməsi səbəbsiz deyilmiş.

Belə ki, son günlər hava şəraitinin qarlı keçməsi məşqçilər korpusunu bərk narahat edib. İqlim şəraitinin daha da sərt keçməsini ehtimal edərək hazırlığın ilk mərhələsi üçün Bakıda toplaşmağa qərar verilib.

Adətən Bakıya köç edən bölgə klubları Bakı Olimpiya Stadionu və ya “Dalğa Arena”nın yolunu tutur.

“Şamaxı”nın burada fərqli qərar verməsi isə ot örtüyü ilə bağlıdır. Hər iki məkanda da örtük təbiidir. Amma “ASK Arena”da doğma rayonun meydanı kimi süni örtükdür.

"Şamaxı" ötən mövsümə kimi "Keşlə" adı ilə uzun müddət "ASK Arena"da məskunlaşıb. Məşqlər və oyunlar burada keçirilib. Sadəcə, ad dəyişməsindən sonra komanda təmsil etdiyi Şamaxı şəhərinə köçüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti