«Futbol mənə yad sahə deyil».
Sportinfo.az xəbər verir ki, bu açıqlamanı Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu verib.
«Şamaxı»nın Müşahidə Şurasının üzvü bildirib ki, o, vaxtilə peşəkar futbolla məşğul olub:
«Azərbaycanın yeniyetmələr üzrə milli komandasında, “Dinamo”nun əvəzedici heyətində oynamışam.
Futbol mühiti mənə çox doğmadır. Bu günə qədər də səhərlər futbol oynayıram.
Hər səhər bir saat qaçıram, həftədə beş dəfə üzürəm. Bu da ədəbiyyata mane olmur.
Adam bütövdürsə, mənə inanın ki, ona heç nə mane olmur. Əksinə, iş onu daha da gücləndirir».

