"Hələ heç nə bitməyib, vəziyyəti yaxşıya doğru dəyişmək öz əlimizdədir"

1 Yanvar 2023 21:00 Şamaxı 940
"Hələ heç nə bitməyib, vəziyyəti yaxşıya doğru dəyişmək öz əlimizdədir"

«Hələ heç nə bitməyib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in kapitan Rahid Əmirquliyev deyib.

Bayıl klubu Premyer Liqada mövsümün ilk yarısını turnir cədvəlinin son pilləsində tamamlayıb.

«Dənizçilər» 10 xalla digər 9 iştirakçının gerisinə düşüb. Baş məşqçi dəyişikliyinə gedən komandanı qarşıda daha 18 oyun və kubok mübarizəsi gözləyir.

Yarımmüdafiəçinin fikrincə, hər şey onların öz əlindədir:

«Fasilədən maksimum yararlanmalıyıq ki, “Səbail” yeni ildə yaxşı nəticələri ilə adından söz etdirə bilsin.

Vəziyyəti yaxşıya doğru dəyişmək öz əlimizdədir. Turnir cədvəlində bizdən öndəki komandalarla xal fərqi elə də böyük deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti