Şahin Diniyevin “Səbail”ə baş məşqçi təyin olunmasından sonra komandada ilk ayrılıq reallaşıb.
Mahmud Qurbanovun yayda “Neftçi”dən dəvət etdiyi Emin Zamanov iş yerini dəyişmək qərarına gəlib.
25 yaşlı yarımmüdafiəçisi karyerasını bölgə təmsilçisində davam etdirəcək.
Emin “Şamaxı”nın məşqçilər heyəti və rəhbərliyi ilə görüşəndən sonra 1,5 illik müqaviləyə qol çəkməyə razılıq verib.
Sportinfo.az xəbər verir ki, futbolçu iş yerini dəyişsə də, maaşı dəyişməz qalıb. “Səbail”də aylıq 2 min manat qazanan “Neftçi”nin yetirməsi yeni klubunda da bu qədər məvacib alacaq.
Zamanov cari mövsümdə “Səbail”in heyətində 4 oyunda 115 dəqiqə meydanda olub.
2i gün öncə Adil Nağıyev əks marşrut ilə “Səbail”ə üz tutub.
HƏBİB / SPORTİNFO.AZ

