"Şamaxı" Adil Nağıyevlə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, sözləşmə ilə məxsus olduğu "Səbail"ə qayıdıb.
Adil Nağıyev mövsümün əvvəlində məhz "dənizçilər"dən "Şamaxı"ya transfer olmuşdu.

