"Şamaxı" tanınmış hücumçu ilə danışıqları dayandırdı

29 Dekabr 2022 17:00 Şamaxı 1 645
"Şamaxı" tanınmış hücumçu ilə danışıqları dayandırdı

“Şamaxı”nın hücumçu axtarışları davam edir.

Bir müddət əvvəl bu məqsədlə komanda Rauf Əliyevi heyətinə qatmaqda maraqlı idi.

Hətta sabiq milli üzvü ilə danışıqlar da aparılmışdı.

Əldə etdiyimiz məlumata görə, artıq bir neçə gündür Əliyevlə təmaslar dayandırılıb.

Buna məşqçilər korpusunun başqa fikrə düşməsi səbəb olub.

Belə ki, “Şirlər”in çalışdırcısı Cavid Hüseynov daha çox gənc futbolçu transferində maraqlıdır.

Forvard mövqeyinə axtarışlar da bu strategiya üzrə aparılır.

Hə, bir nəticə hasil olmasa, o zaman təcrübəli Rauf Əliyevlə danışıqlar yenidən bərpa oluna bilər.

Xatırladaq ki, 34 yaşlı hücumçu Tərlan Əhmədovun gəlişindən sonra “Kəpəz”zin əsas heyətindən uzaqlaşdırılıb.

O, əvəzedici komandada məşq edir və “Kəpəz-2”də oyunlara çıxır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti