Dünən istefa verən Mahmud Qurbanovdan sonra köməkçiləri də «Səbail»i tərk edib.
Mayda onunla birgə Bayıl klubuna gəlmiş məşqçilərdən Zaur Ramazanov, Tofiq Mustafayev və Elşən Poladov buradan ayrılıb.
Simeon Xristovun işini davam etdirib-etdirməyəcəyi isə hələ dəqiqləşməyib. Adını çəkdiyimiz köməkçi komandanın fiziki hazırlığına məsuliyyət daşıyır.
Simeon Xristov vaxtilə «Bakı», «Qarabağ» və «Zirə»də taktiki analitik kimi çalışmış, hazırda isə ölkəsi Makedoniyada «Rabotçniçki»ni çalışdıran Borçe Xristovun oğludur.
SPORTİNFO.AZ

