"Şamaxı"nın qış təlim-məşq toplanışının planında dəyişiklik baş verib.
Komanda daha əvvəldən nəzərədə tutulduğu kimi, 4 yox, 3 yoxlama oyunu keçirəcək.
Məşqçilər korpusu 14 yanvar keçirilməsini nəzərdə tutduqları oyunun ləğv edilməsini məqsədəuyğun sayıblar. Bu səbəbdən həmin tarix üçün rəqib axtarışı dayandırılıb.
Beləliklə, 8 yanvar Türkiyəyə yola düşəcək təmsilçimiz 3 oyunda qüvvəsini sınayacaq.
Yanvarın 11-i səhər "Kaysar" (Qazaxıstan), axşam is "Botaşani" ( Rumıniya) ilə oyun keçiriləcək.
Sonuncu görüş 18 yanvar "Napredak"a (Serbiya) qarşı baş tutacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

