Bölgə klubunun legioneri evdə əyləncə məclisi təşkil etdi, qonşular ŞİKAYƏTƏ GETDİ

27 Dekabr 2022 14:40 Şamaxı 1 033
Bölgə klubunun legioneri evdə əyləncə məclisi təşkil etdi, qonşular ŞİKAYƏTƏ GETDİ

«Kəpəz»in nigeriyalı yarımmüdafiəçisi Ahmed Ayzaya qalmaqala səbəb olub.

Legioner Gəncədə onun üçün kirayə götürülən mənzildə əyləncə axşamları təşkil edib.

Afrikalı futbolçunun içki məclisi qurması və gecəyarısınadək səs-küy qoparması qonşuları boğaza yığıb. Ondan şikayətçi düşən sakinlər klub rəhbərliyinə üz tutub.

Qonşular Ayzayanın hərəkətlərinə son verilməsini tələb eləyib.

Bildiriblər ki, 26 yaşlı legioner idmançıya yaraşmayan əməllərini dayandırmasa, baş verə biləcək instdentə görə onlar daha məsuliyyət daşımayacaqlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti