Cavid Hüseynovun "məktəb uşaqları"na verdiyi sual

24 Dekabr 2022 09:40 Şamaxı 1 328
Cavid Hüseynovun "məktəb uşaqları"na verdiyi sual

«Şamaxı»nın məğlubiyyətsizlik seriyası altıncı oyunda qırıldı.

İkinci dövrənin geridə qalan həftələrində bir «Qarabağ»a uduzmuşdular, bir də «Neftçi»yə uduzdular.

İlin son matçına bayram əhval-ruhiyyəsində çıxan «Şamaxı»ya ev sahibləri əsl «Milad şadyanalığı» yaşatdı.

Cavid Hüseynovun gözlədiyi 0:3 deyildi, görünür. 1 xala razı idi. Di gəl, ilk 30 dəqiqədən sonra məğlubiyyətə barışdıqları nəzərə çarpmağa başladı.

Əzgün-üzgün halda hərəkət etdilər. Topla qaçmadılar. Topun arxasınca qaçdılar.

«Neftçi», elə bil, onlarla «dır-dır» oynayırdı. Qısa və uzun məsafələrdə harda bir boşluq tapırdılarsa, topu da o istiqamətə göndərir, hücum qururdular.

«Şamaxı»nın 11 nəfərindən 8-9 sanki ilk dəfə bir Premyer Liqa oyununa çıxırdı. Əsim-əsim əsirdilər.

Məktəb uşaqlarıtək təcrübəsiz gənclərə oxşadılar. İkinci hissədə mədəsi boş, gücü tükənmiş həvəskar komanda görüntüsü çizdilər.

Final fitindən sonra paltardəyişmə otağının yolunu tutan Hüseynov onlara nə deyib, təxmin edirəm.

Hər halda başlarını sığallamayıb, heç olmasa, «sizə belə oynamağı demişdim» sualı verib.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti