Elçin Mustafayev karyerasını "Şamaxı"da davam etdirəcək.
Bu barədə klubdan redaksiyamıza məlumat verilib.
22 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilənin müddəti uzadılacaq.
Müdafiəçinin qış fasiləsindən sonra Türkiyədə legioner həyatı yaşayacağı gözlənilirdi.
Amma təkliflərin ciddi olmaması Mustafayevin hələ də bölgə klubunda qalamsına qərar verməsi ilə nəticələnib.
O, bu mövsüm biri ölkə kubokunda olmaqla 14 oyunda forma şansı qazanıb.
Onun klubla olan hazırkı müqaviləsi yaya kimidir.
XANOĞLAN / SPORTİNFO.AZ

