Azərbaycanda bunu edən yeganə klub “Bakı” olub

22 Dekabr 2022 01:50 Şamaxı 646
Azərbaycanda bunu edən yeganə klub “Bakı” olub

Azərbaycan kubokunun 2022/23 mövsümü iki komandanın ilk dəfə yarımfinala yüksəlməsi ilə əlamətdar olub. Buna “Səbail” və “Turan Tovuz” imza atıb.

Sportinfo.az xəbər verir ki, 1/4 final səddini ilk dəfə adlayanların sayında son 18 ilin rekordu qeydə alınıb.

İlk dəfə yarımfinal oynayacaq komandaların sayının birdən artıq olması sonuncu dəfə 2004/05 mövsümündə qeydə alınıb.

​Həmin vaxt üç komanda – “Xəzər Lənkəran”, “MKT-Araz” və “İnter” tarixdə ilk dəfə kubokun yarımfinalında oynayıb.

Bu mərhələ təcrübəsinə malik yeganə klub “Bakı” olub ki, sonda yarışın qalibi adını da onlar qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!