Şamaxıda eyniadlı klub üçün tikintisi planlaşdırılan bazada işlərin nə vaxt başlayacağı sual altına düşüb.
Aylar öncə işlənib hazırlanan layihənin icrası qeyri-müəyyən müddətə ertələnib.
Bu da AFFA-nın əyalət təmsilçisinə maliyyə dəstəyi verməkdən hələlik imtina etməsiylə əlaqədardır.
Belə ki, «Şamaxı»lılar infrastrukturun qurulması üçün federasiyadan kömək istəyib. Qarşı tərəf isə gələn mövsüm üçün nəzərdə tutulan büdcənin hələ müəyyənləşmədiyini bildirərək, gözləməyi məsləhət görüb.
Əslində, bölgə təmsilçisi növbəti sezonda onlara ödəniləcək vəsaitin bəribaşdan onlara verilməsini əldə etmək arzusundaydı. Ancaq
AFFA «Şamaxı»nın Premyer Liqada yerini qoruyacağına, başqa sözlə, I Diviziona enməyəcəyinə hələ əmin deyil.
SPORTİNFO.AZ

