İmzanı atdı, daha 2,5 il Premyer Liqa təmsilçisinin formasını geyinəcək

15 Dekabr 2022 14:40 Şamaxı 543
İmzanı atdı, daha 2,5 il Premyer Liqa təmsilçisinin formasını geyinəcək

“Şamaxı”da daha bir futbolçu ilə yeni müqavilə imzalanıb.

Sportinfo.az xəbər verir ki, Bahadur Həziyevlə sözləşmənin müddəti uzadılıb.

Razılığa əsasən, 23 yaşlı yarımmüdafiəçi daha iki il yarım Premyer Liqa təmsilçisinin formasını geyinəcək.

"Şamaxı” daha əvvəl Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla müqaviləni yeniləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti