Rəqibi təriflədi, 1 xalı uğur saydı, məşqçiləri barədə danışdı

13 Dekabr 2022 20:40 Şamaxı 524
Rəqibi təriflədi, 1 xalı uğur saydı, məşqçiləri barədə danışdı

“Zirə”nin hansı gücə sahib olduğunu hər kəs bilir. Güclü legionerləri, milli komanda təcrübəsinə sahib yerli futbolçuları var. Yayda avrokuboklarda çıxış etmələri bunun sübutudur”.

“Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirov Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutan “Şamaxı” – “Zirə” görüşünü şərh edib.

Qol səsi çıxmayan oyunda hər iki komandanın fərqlənmək imkanı olsa da, toru silkələyən futbolçu tapılmadı. Matçın sonları qonaqların üstünlüyü şəraitində keçəndə, şamaxılıların 1 xaldan məmnunluğunu görmək çətin deyildi.

Rəhman “Zirə”dən qopardıqları 1 xalın özləri üçün qızıla bərabər hesab etdiklərini bildirib:

“Məşqçilər heyəti rəqibi analiz edib bizə lazım olan tapşırıqları vermişdi. Bilirdik ki, müdafiədə risk etmək olmaz və durmadan pressinq tətbiq etməliyik. Şükürlər olsun, verilən tapşırıqları yerinə yetirib qarşımızda duran hədəfə çatdıq.

Əlbəttə, 3 xal daha yaxşı olardı. Amma 5-6 ayın komandası olduğumuzu və legionersiz oynadığımızı nəzərə alsaq, “Zirə” kimi rəqibdən 1 xal almaq bizim üçün uğur sayılmalıdır. Davamını gətirməyə çalışacağıq”.

Bir neçə gün öncə “Şamaxı” ilə yeni – 1,5 illik müqavilə bağlayan Rəhman Daşdəmirov cari Premyer Liqa mövsümündə komandasının keçirdiyi 17 oyunun 16-da meydanda olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti