Azərbaycan klubu Rumıniya təmsilçisi ilə razılıq əldə etdi

13 Dekabr 2022 19:40 Şamaxı 1 049
Azərbaycan klubu Rumıniya təmsilçisi ilə razılıq əldə etdi

Qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq "Şamaxı" 4 yoxlama matçına çıxacaq.

Bölgə klubunun qarşılaşcağı rəqiblərdən ikisinin adına aydınlıq gəlib.

Belə ki, Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv yanvarın 11-də səhər saatlarında Qazaxıstanın "Kaysar” komandası ilə qarşılaşacaq.

Axşam isə təmsilçimiz Rumıniyanın “Botaşani” klubunun önünə çıxacaq.

Planlaşdırılan digər 2 yoxlama görüşü üçün isə rəqib axtarışları davam edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti