Bölgə təmsilçisi kapitanını itirdi – İl onun üçün başa çatdı

13 Dekabr 2022 16:00 Şamaxı 677
Bölgə təmsilçisi kapitanını itirdi – İl onun üçün başa çatdı

“Şamaxı” vacib fiqurlarından birini itirib.

Bölgə təmsilçisinin kapitanı Elvin Məmmədov ciddi zədə alıb.

Noyabrın 28-də “Kəpəz”lə ev oyununda meydana start heyətində çıxan, lakin sonradan əvəzlənən yarımmüdafiəçi həkim müayinəsindən keçib. Məlum olub ki, 34 yaşlı futbolçu arxa əzələsindən zərbə alıb.

Kapitan məhz bu səbəbdən “Sabah” və “Zirə” ilə qarşılaşmalarda meydana çıxa bilməyib. Dekabrın 23-də “Neftçi”yə qarşı forma geyinə bilməyəcəyi də artıq dəqiqləşib.

Elvin Məmmədov cari Premyer Liqa mövsümündə 15 oyunda forma geyinib və 2 qol ötürməsinin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti