“Hamımız başa düşürük ki, “Şamaxı” bizim üçün böyük şansdır”

5 Dekabr 2022 20:40 Şamaxı 419
“Hamımız başa düşürük ki, “Şamaxı” bizim üçün böyük şansdır”

“Məncə, hər şeyin öz zamanı var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın müdafiəçisi Fuyad Bayramov deyib.

Futbol ictimaiyyətinin hazırkı mövsümdə onu tanımaq imkanı oldu. Kifayət qədər böyük potensiala sahib olduğu görünür.

Hər keçən tur daha da inkişaf edir. 24 yaşının az olmasını nəzərə alsaq, bəs bu günə qədər niyə diqqət cəlb edə bilməyib?

Premyer Liqanın 16-cı turunda “Sabah”la qarşılaşmanın 88-ci dəqiqəsində komandasına 1 xal qazandıran qola imza atan Bayramovun cavabını eşidək:

“Şamaxı” kimi bir klubun formalaşması, rəhbərliyin və məşqçilərin inanması bizim kimi yerli oyunçuların üzə çıxmasında böyük rol oynadı.

Əlbəttə ki, oyundan-oyuna inkişaf etməyimizin səbəbkarı məşqçilərdir. Hamımız başa düşürük ki, “Şamaxı” bizim üçün böyük şansdır.

Ona görə də işimizə məsuliyyətlə yanaşırıq, hər oyunda nəticə qazanamağa çalışırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!