
"Şamaxı"da növbəti ayrılıq reallaşıb.
Belə ki, müqaviləsi başa çatan Şəhriyar Əliyev klub prezidenti Zaur Axundovla görüşüb. O, rəhbər şəxsdən halalıq alaraq bölgə klubundan ayrılıb.
Milli komandanın da üzvü olan təcrübəli müdafiəçi 2020-ci ildən bu klubun formasın geyinirdi.
Karyerası ərzində "Kəpəz", "Sumqayıt", "Qarabağ" və "Bakı"nın şərəfin qoruyan 29 yaşlı oyunçu bir neçə klubdan təklif alıb.
O, yaxın günlərdə yeni klubu ilə bağlı qərarın verəcək.
XANOĞLAN / SPORTİNFO.AZ