Qurbanov cəzalandırıldı

30 Sentyabr 2021 16:40 Şamaxı 718
Qurbanov cəzalandırıldı

AFFA İntizam Komitəsi “Keşlə”nin baş məşqçisi Sənan Qurbanovu 1 oyunluq cəzalandırıb.

Sporinfo.az PFL-in saytına istinadən xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qarabağ”la matçda ikinci sarı vərəqə alaraq meydanda kənarlaşdırılması səbəb olub.

Bundan başqa, klub 800 manat məbləğində cərimələnib.

S.Qurbanov ilk hissənin sonlarında baş hakim Fərid Hacıyevin qərarına sərt şəkildə etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti