Sabiq "Xəzər Lənkəran"lı yenidən paytaxt klubunda? - Açıqlama

8 Sentyabr 2021 23:00 Şamaxı 1 252
Sabiq "Xəzər Lənkəran"lı yenidən paytaxt klubunda? - Açıqlama

"Keşlə" heyətini sabiq futbolçusu ilə gücləndirir. Söhbət hamımıza tanış sima Sadio Tounkaradan gedir.

Bu barədə Sportinfo.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Sitat: "Sadio Tounkara ilə danışıq aparırıq. Sabaha kimi bizə cavab deməlidir. Maliyyə məsələsində razılaşsa yəqin ki, komandaya qaytaracağıq. Ancaq bu an üçün hələ konkret cavab deməyib".

Malili futbolçu ölkəmizdəki ən yaxşı günlərini "Xəzər Lənkəran"da keçirib.

"Xəzər Lənkəran"dan başqa ölkəmizdə AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.

Onu da qeyd edək ki, transfer rəsmiləşsə, bu, Tounkaranın "Keşlə" klubuna üçüncü dönüşü olacaq. O, müxtəlif illərdə iki dəfə paytaxt təmsilçisinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?