"Növbəti tura hazırlığımız yaxşı gedir. Bütün gücümüzlə məşq edirik. Fasilədən sonrakı "Zirə" ilə oyuna hazırlaşırıq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin hücumçusu Amil Yunanov deyib.
28 yaşlı oyunçu milli komandalara görə yaranmış fasilənin mövsümə pis başlayaraq startdakı hər iki görüşüdə də məğlub olan "Keşlə" üçün xeyirli olacağına inanır:
"Fasilənin komandamızın xeyir verib-verməyəcəyini qarşıdakı oyunlar göstərəcək. Amma inanıram ki, fasilə bizə çox xeyirli olacaq. Çünki 3 həftəlik müddəti yaxşı məşqlər edə bildik".