COP29

Baş məşqçi etiraf etdi – Bu legionerin transferində səhvə yol vermişəm

2 Sentyabr 2021 16:00 Şamaxı 1 708
Baş məşqçi etiraf etdi – Bu legionerin transferində səhvə yol vermişəm

“Keşlə”nin bu yay heyətinə qatdığı 3 yeni legionerdən biri olan Omar Qudiabi tezliklə Azərbaycanı tərk edə bilər.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçi Sənan Qurbanov seneqallı sol cinah yarımmüdafiəçisinin xidmətində maraqlı deyil.

O, klub rəhbərliyi ilə söhbətində afrikalının xidmətində maraqlı olmadığını bildirib.

Gənc çalışdırıcı etiraf edib ki, transfer çalışmaları zamanı tələskənliyə yol verib və bunu komandanın Konfrans Liqasında mübarizəyə hazırlaşması ilə əlaqələndirib.

26 yaşlı futbolçu müqavilə ilə Şimali Makedoniyadan “Şkupi”yə məxsusdur. Amma geridə qalan mövsümdə o, icarə əsasında bu ölkənin digər klubu “Pelister”inin uğurları üçün çalışıb.

“Keşlə” ilə 1 illik müqavilə imzalayan Qudiabi 2019-cu ildən “Şkupi”də çıxış edirdi. O, daha öncə ölkəsində bir neçə komandanın uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu