O, ağır qərarla bağlı "Sportinfo"ya danışdı - "Hakimə yaxınlaşıb dedim ki..."

26 Avqust 2021 14:00 Şamaxı 1 125
O, ağır qərarla bağlı "Sportinfo"ya danışdı - "Hakimə yaxınlaşıb dedim ki..."

AFFA İntizam Komitəsi bu gün açıqladığı qərarla "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.

Belə ağır qərarın verilməsinə Premyer Liqanın 2-ci turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları matçın 90+5-ci dəqiqəsində Şəhriyarın hakimi təhqir etməsi səbəb göstərilib.

Bundan başqa, "Keşlə" 3 min 200 manat məbləğində cərimələnib.

Ağır və gözlənilməz qərarla bağlı Azərbaycan milli komandasının da üzvü olan Şəhriyar Əliyev Sportinfo.az-a danışıb.

Sitat: "Rəhbərliklə danışacam apellyasiya şikayət verilsin. Oyundan sonra da baş hakimə yaxınlaşıb dedim ki, əgər söyüş söysəm, üzr istəyərəm.

Amma söyüş söyməmişəm. Hakimə korsan dedim. Bəli, bu da təhqirdi. Amma futbol emosiya oyunudur.

Belə hallar meydanda çox olur. Buna görə hər dəfə 4 oyun cərimə vermirlər axı. Belə qərar mənim üçün çox ağır oldu.

Ümid edirəm ki, apellyasiya şikayətindən sonra mənə güzəşt edilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti