Premyer Liqanın ilk 2 turunda məğlubiyyətlə üzləşən «Keşlə»nin rəhbərliyi toplantı keçirib.
Burada komandanın yeni mövsümə uğursuz başlamasının səbəbləri müzakirə olunub.
Baş məşqçi Sənan Qurbanova ciddi iradlar bildirilib. Onun nəzərinə çatdırılıb ki, gedişat belə davam edə bilməz, vəziyyətdən çıxış yolları axtarılmaldır.
Qurbanov legionerlərdən narazlığını ifadə edib. O, bu yay əcnəbi futbolçular arasında tez-tələsik seleksiya işi apardığını bildirib.
Gənc sükançı millinin oyunlarına görə çempionatda yaranan fasilədən maksimum yararlanmağa çalşacağını söyləyib.
SPORTİNFO.AZ

