“Keşlə” Con Kamara ilə bağlı yaranmış problem həll edib.
Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisindən bildirilib.
Verilən məlumata görə.,klub syerra-leoneli yarımmüdafiəçiyə 20 min dollar təzminat ödəməklə, yaranan anlaşılmazlığı aradan qaldırıb.
Məsələ onadıdır ki, afrikalı onunla yolları ayıran “Keşlə”dən şikayətçi olub. Sənan Qurbanov tərəfindən düşərgədən uzaqlaşdırılan legioner ölkə kubokunun son sahibini FİFA ilə hədələyib.
2019-ce ildən “Keşlə”nin formasını geyinən və 2 ay öncə buradan gedən Kamara klubun müqavilə şərtlərini yerinə yetirmədiyini iddia edib.
Ölkəsinin yığmasının üzvü olan 32 yaşlı futbolçu onunla 2 illik sözləşmə bağlanmasını əsas gətirərək, bu mövsüm üçün ona çatmalı olan pulu istəyib.

