Paytaxt klubu UEFA-dan aldığı pulu problemin həllinə sərf edəcəkmi?

19 Avqust 2021 09:40 Şamaxı 1 609
Paytaxt klubu UEFA-dan aldığı pulu problemin həllinə sərf edəcəkmi?

Çempionlar Liqası və Avropa Konfrans Liqasının 2021/2022-ci il mövsümünün təsnifat mərhələsinin iştirakçılarır üçün UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti Azərbaycan klublarına ödənilib.

Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb:

“Neftçi” – 200 000 avro
“Keşlə” – 450 000 avro
“Sumqayıt” – 450 000 avro
“Qarabağ” – 100 000 avro.

Göründüyü kimi, siyahıda 450 min avro əldə edən «Keşlə» də yer alıb. Bu vəsaitin alınmasında ən çox sevinc paytaxt təmsilçisinin akademiyasının uşaq qruplarının məşqçilərinin payına düşür desək, heç də səhv etmiş olmarıq.

Bir müddət əvvəl UEFA-nın uşaq futbolunun inkişafı naminə Premyer Liqada mübarizə aparan klubların hər birinin hesabına, onları bütün şəraitlərlə təmin edəcək qədər vəsait köçürmüşdü.

Onlardan yalnız «Qəbələ» bu məbləğin miqdarını açıqlamış və onun yalnız uşaq futbolunun inkişafına xərclənəcəyini bəyan etmişdi. Digərləri, o cümlədən, «Keşlə» əlavə açıqlanmaya ehtiyac duymamışdı.

Həmin zaman «Keşlə» uşaq futbolunun qayğılarını arxa plana ataraq, əsas komandada olan maliyə problemlərinin həllində həmin vəsaitdən istifadə etmişdi.

Bu gün ən çox sevinc payı akademiya müəllimlərinin payına düşür deyərkən, onların - klubun uşaq futbolunun inkişafına nəzərdə tutulan lazım ola biləcək vəsaitin məhz bu köçürmədən ayrılacağına ümidlü olmalarını nəzərdə tuturuq.

Onlar üçün yeni təklif olunmuş 10 aylıq müqavilənin digər kublardakı kimi, 12 aylıq olacağına, bu azmış kimi, 10 aylıq maaş büdcəsindən kəsilmiş 30 %-in də bərpasınn ümidi ilə nəfəs alırlar.

Bu sahədə çalıışanların əziyyətini nəzərə alan «Qarabağ»ın, hətta ciddi maliyə çətinliyi çəkən «Səbail» belə, uşaq futboluna qayğılarını artıraraq, məşqçilərinin maaşlarında az da olsa, artım etdiyi bir zamanda, «Keşlə»nin, ümumi götürsək, maaşlara 40 % -dan çox endirim etməsi başadüşülən deyil.

Kollektiv ümid edir ki, Azərbaycan futbol arenasında kifayət qədər nüfuza malik olan klubun Müşahidə Şurasının sədri Zaur Axndovun hadisələrin gedişatını yenə düzgün dəyərləndirəcək, futbolumuzun gələcəyi sayılan uşaqların inkişafı namınə akademiyada çalışan, digərləri ilə müqayisədə kiçik heyətə malik məşqçi heyətinin hüquqlarının bərpa olunmasında öz humanistliyini göstərəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti