“Keşlə” Con Kamara ilə bağlı problem yaşayıb. Syerra-leoneli yarımmüdafiəçi onunla yolları ayıran paytaxt klubundan şikayətçi olub.
Sənan Qurbanov tərəfindən düşərgədən uzaqlaşdırılan afrikalı legioner ölkə kubokunun son sahibini FİFA ilə hədələyib.
2019-ce ildən “Keşlə”nin formasını geyinən və 2 ay öncə buradan gedən Kamara klubun müqavilə şərtlərini yerinə yetirmədiyini iddia edib.
Ölkəsinin yığmasının üzvü olan 32 yaşlı futbolçu onunla 2 illik sözləşmə bağlanmasını əsas gətirərək, bu mövsüm üçün ona çatmalı olan pulu istəyib.
SPORTİNFO.AZ

