Qurbanovun baş məşqçilik erasına maksimum 3-5 tur qalıb

18 Avqust 2021 10:40 Şamaxı 1 297
Qurbanovun baş məşqçilik erasına maksimum 3-5 tur qalıb

Avrokuboklara vəsiqə qazanmaqla missiyalarını bitmiş sayan, ilk mərhələdəcə məğlub olub, geri dönən iki komanda paytaxtda qarşı-qarşıya gəldi.

Yenidən pafoslu açıqlamalar, məqsədin avrokuboklar olması, nələr, nələr...

İmkan verin, qapınıza vurulan qolların tüstüsü çəkilsin,

Avropaya çıxıb neylədiz ki, indi çempionat başlar-başlamaz, yenə başlamısız, bağ belə, bostan belə.

Bostan da bəlli, bağ da bəlli.

Sözə bax: "Bəxtimiz gətirmədi, önə atıldıq, əks-hücumlarda qapımızda qollar gördük".

Sənan Qurbanov, məhəllə futboludur bu, qol vurmağa gedəndə, arxa xətt yaddan çıxır? Bu qədər transferlər edilib, ötən mövsümdən bir legioner göndərib, digərini gətirirsən, sayı-hesabı itib.

Ayxan Abbasov öz yaratdığı oyun sistemi, intizamı ilə qələbəyə sevindi. "Keşlə"nin oyununda isə sistem deyilən anlayış yoxdur. Klubların büdcələri, fərqi də göz önündədir.

Evdə oynamaq, süni ot örtüyü də "Keşlə"nin xeyrinə olan amil idi.

Ayxan Abbasovlu "Sumqayıt" ilk turdan məhdud imkanlarla yenidən çempionatda öz iddiasını ortaya qoymuş oldu.

Amma belə getsə, Sənan Qurbanovun baş məşqçilik erasına maksimum 3-5 tur qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti