Pul üçün sinov gedir - Fəqət, heç kim onu sevmir, bəyənmir

16 Avqust 2021 16:20 Şamaxı 1 580
Pul üçün sinov gedir - Fəqət, heç kim onu sevmir, bəyənmir

Bu gün qovularam, sabah qovularam… Belə işləmək mümkün deyil. onun adı iş deyil, nəsə başqa şeydir.

Düzdür, deyim var ki, məşqçinin çemodanı həmişə yanında olmalıdır və hər an hər şeyə hazır olmalıdır.

Ancaq bu qədər yox da…

Sənan Qurbanov məşqçi yoldaşları arasnda ən imkanlılardan biridir. Pulunu balta kəsməz. Bax, bu qədər!

Təkcə «Qəbələ»də(n) qazandııqlarını xərcləyib qurtarmaq istəsə, bir ömür bəs etməz.

Onun pulunu saymaq fikrimiz yoxdur və bizi bunda itiiham etməyə, qınamağa tələsməyin. Bəla burasındadır ki, Sənan Qurbanov istənilmədiyi yerdə qalmağı qarşsına məqsəd qoyub.

Klub rəsmilərindən, köməkçilərindən, futbolçularıından tutmuş ta adi işçilərədək heç kim onu sevmir, bəyənmir.

Sadəcə, xahişini AFFA-dan ediblər deyə, buradakıların əksəriyyəti susur, ondan narazılığını açıq dilə gətirmir.

Qurbanovdan şikayəti bizə göstərən varsa, o da meydan və meydandakıların ruhudur.

«Keşlə» necə qol vursun?

Siluet kimi dolaşan varlıq(lar) onlarla üzdə kobud danışan, arxada qarasınca deyinən baş məşqçiyə görə özlərini oda-közə vurarmı heç? Adi məntiq də bunu rədd edir.

Məntiq onu da deyir ki, Qurbanovun var olduğu «yuva»da ala qarğa bala və bəla çıxarar.

Premyer Liqa ölçüləri ilə götürsək, «Keşlə»nin heyəti normaldır. Di gəl, sabitlik çatışmır.

Qurbanov ötən mövsümün yazından bu tərəfə – görəvə gələndən sonra stabilliyi təmin etməyi bacarmayıb.

Çün tip və xasiyyət olaraq sabit biri deyil və komandası da özünə oxşayır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti