"İlk oyun idi. Matça bir az gərgin başladıq. İkinci hissəni isə bizim aktivimizə yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən şanslardan yararlana bilmədik".
Sportinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt" 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, hesab oyuna görə olmadı: "İkinci hissəni hücumda keçirdik, "Sumqayıt" daha çox müdafiə olundu. Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çox qol imkanından yararlanmamağımız bizi üzdü"

