“Keşlə”də məndən gözləntilər böyükdür”.
Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin braziliyalı yeni legioneri Felipe Santos deyib.
Yay fasiləsində “Maribor”dan transfer edilən 24 yaşlı vinger ölkəsinin mətbuatına açıqlamasında Konfrans Liqasının II təsnifat mərhələsində “Soçi”yə qarşı matçlardakı (0:3, 2:4) performansından razılıq bildirib:
“Konfrans Liqasında yaxşı çıxış etdik. Amma təəssüf ki, məğlub olduq. Sevindiyim məqam odur ki, bu turnirdə yaxşı oynadım, qol vurdum, məhsuldar ötürmə verdim. Həyəcanlı və inamlıyam”.
Santos Premyer Liqanın açılış günündə “Sumqayıt”la keçirəcəkləri matça da toxunub:
“İlk turda Konfrans Liqasında çıxış edən və mübarizədən kənarlaşdırılan rəqibə qarşı çətin oyun olacaq.
Komandamız yaxşı vəziyyətdədir, oynamağa hazırdır. Qələbə ilə başlamaq üçün güclü olacağıq”.
Ssabah baş tutacaq “Keşlə” – “Sumqayıt” oyunu saat 20:30-da start götürəcək.

