Qurbanov yalan vəd verdi, 40 gün gözləmək lazım gəlmədi...

13 Avqust 2021 17:00 Şamaxı 1 565
Qurbanov yalan vəd verdi, 40 gün gözləmək lazım gəlmədi...

Amil Yunanov “Keşlə” rəhbərliyinə müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, o, komandadan ayrılmaq istədiyini bildirib.

Millinin keçmiş hücumçusu səbabsiz yerə bu fikrə düşməyib.

Ötən mövsümün ilk yarısını “Sumqayıt”da qalan bölümünü “Səbail”də keçirən forvardı qəzəbləndirən Sənan Qurbanovun onu aldatmasıdır.

Belə ki, baş məşqçi 1 illik fasilədən sonra “Keşlə”yə qayıdan Yunanova yüksək maaş vəd etsə də, mühasibatlığa göndərdiyi sənəddə həmin rəqəmdən xeyli aşağı məbləğ yazıb.

Yaxınlarda ailə həyatı quran yığmanın sabiq üzvü indi bununla razılaşmır və başqa klublarla danışıqlar aparır.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!